Almaniya minlərlə qadın və təqaüdçünü yük maşını sürücüsü kimi axtarır.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” yazıb.
“Yalnız maşın sürməyi bacaranlar lazımdır”- elanda deyilir.
Almaniyada hazırda 100.000 yük maşını sürücüsü çatışmazlığı var. Bir çox mallar artıq gec çatdırılır.
“Əgər Vladimir Putin NATO ölkəsinə hücum edərsə, bu problem daha da pisləşə bilər”, – Ekspeditorlar, Logistika və Utilizasiya Assosiasiyasının (BGL) rəhbəri Dirk Engelhardt hesab edir.
“Bu halda Şərqi Avropadan olan 300 000-ə qədər sürücü Almaniyanı tərk edib vətəninə qayıda bilər.
Bu o deməkdir ki, Almaniya 400 000-ə qədər sürücü çatşmaya bilər – tələb olunan sayın demək olar ki, yarısı”, – Engelhardt əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az