Almaniya Özbəkistandan 800 tibb bacısı işə götürəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistanın Məşğulluq və yoxsulluğun azaldılması naziri Bexzod Musayev bildirib. O deyib ki, onların minimum aylıq əmək haqqı 2,2 min avro təşkil edəcək.
Müvafiq saziş iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin Səmərqənddə keçirilən görüşündə imzalanıb.
Özbəkistan və Almaniya dəmir yolu nəqliyyatı üzrə mütəxəssislərin və avtobus sürücülərinin, həmçinin tibb bacılarının işə göndərilməsi haqqında saziş imzalayıb.
O qeyd edib ki, Özbəkistandan artıq 400 tibb bacısı Almaniyada işləyir, bu il daha 400 tibb bacısı göndəriləcək.
Xuraman Etibarlı
İnterpress.az