Almaniya Daxili İşlər Nazirliyinin ölkədəki qaçqınların işini asanlaşdırmaq üçün hazırladığı qanun layihəsi Nazirlər Şurasında qəbul edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Almaniyanın daxili işlər naziri Nensi Fazer Berlində verdiyi açıqlamada Nazirlər Şurasında mühüm qanun layihəsinin qəbul edildiyini bildirib.
Faeser sığınacaq axtaranların və tolerantlıq sənədi (Duldung) ilə ölkədə yaşayanların tənzimləmə ilə əmək bazarına daha erkən və asan girişini təmin etmək istədiklərini ifadə edib: “Biz Almaniyada yaşayanların potensialından və keyfiyyətlərindən ən yaxşı şəkildə istifadə etmək istəyirik. Bu səbəbdən biz bu insanların mümkün qədər tez işləməsini təmin etməliyik”.
Tənzimləmənin Almaniyada qalma perspektivi olanlar üçün keçərli olacağını bildirən Faeser, kimliklərini açıqlamaqdan imtina edən sığınacaq axtaranların bu tənzimləmədə yer almayacağına dair məlumatı söyləyib.
Faeser bildirib ki, qanun layihəsi insan alveri cinayətləri üçün ən azı bir il həbs cəzası nəzərdə tutur, ölümlə nəticələnən insan alveri halları üçün isə ömürlük həbs mümkün ola bilər.
Qanun layihəsinə görə, ilk qəbul mərkəzlərində olan sığınacaq axtaranlara ən geci 6 aydan sonra iş icazəsi, tolerantlıq sertifikatı (Duldung) ilə ölkədə olanlara isə ümumiyyətlə iş icazəsi veriləcək. Qısa müddətdə deportasiya ediləcək insanlar bu tənzimləmədən kənarda qalacaqlar.
Mümkün qədər çox insanın işləməsi üçün həftəlik minimum iş saatı 36 saatdan 20 saata endiriləcək.
Bu tənzimləmədən yararlanmaq istəyənlər alman dilini bilməli, ekstremist təşkilatlarla heç bir əlaqəsi olmamalı və cinayət törətməməlidir.
İnsan alveri cinayətlərinə görə də cəzalar sərtləşdiriləcək.
Müvafiq olaraq, insanların həyatını təhlükəyə atan qaçaqmalçılar ömürlük və ya gələcəkdə 10 ildən 15 ilədək, polis məntəqələrindən qaçma kimi cinayətlərə görə isə 1 ildən 15 ilədək həbs cəzası alacaqlar.
Bundan əlavə, polis və prokurorlara qaçaqmalçılıq cinayətlərini işıqlandırmaq üçün telekommunikasiyalar vasitəsilə kommunikasiyalara müdaxilə etmək səlahiyyəti veriləcək.
Qanun layihəsi Bundestaqa göndəriləcək.