Almaniya yunan qaçqınları Yunanıstana GERİ GÖNDƏRƏCƏKbackend

Almaniya yunan qaçqınları Yunanıstana GERİ GÖNDƏRƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya qaçqınları Yunanıstana geri göndərə biləcək. 

İnterpress.az xəbər verir ki, bu barədə Almaniyanın Federal İnzibati Məhkəməsi qərar verib. Qərarda bildirilir ki, Yunanıstana gəlmiş və artıq sığınacaq üçün müraciət etmiş əmək qabiliyyətli miqrantları Avropa İttifaqının hər hansı digər ölkəsi kimi geri göndərə bilər.

Son bir neçə ildə Yunanıstanda artıq qaçqın statusu almış 100 minə yaxın insan Almaniyaya gəlib.

Qaçqınlar üzrə Federal İdarə (BAMF) onların bir çoxunun Almaniyadan sığınacaq almaq üçün yeni ərizələr təqdim etdiyini təsdiqləyir.

Xuraman Etibarlı

İnterpress.az