Almaniyada həkimlər hökumətin səhiyyə siyasətinə etiraz ediblərbackend

Almaniyada həkimlər hökumətin səhiyyə siyasətinə etiraz ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada ailə həkimləri ofislərini bağlayaraq hökumətin səhiyyə siyasətinə etiraz ediblər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ailə həkimlərinin mənafelərini qoruyan Virchowbund birliyinin çağırışı ilə ölkə daxilində fəaliyyətlərini bağlayan həkimlər paytaxt Berlindəki Invaliden Parkında bir araya gəlib.

Həkimlər “Həkim kabinetləri ağır vəziyyətdədir” şüarı ilə Səhiyyə Nazirliyinin qarşısına yürüş ediblər. Ailə həkimlərinin nümayişinə şəxsi kabinetləri olan mütəxəssis həkimlər də dəstək verib. Virchowbund Berlin-Brandenburg Təşkilatının vitse-prezidenti Regine Held etdiyi şərhdə hökumətin səhiyyə siyasətinə etiraz etmək üçün ölkə daxilində bir çox klinikanın bağlandığını ifadə edib: “Biz qənaət siyasətlərinə, tətbiqlərin məruz qaldığı qanaxma və məhvə etiraz edirik”.

Held ailə həkimlərinin və klinikaları idarə edən mütəxəssis həkimlərin tələblərinə məhəl qoymadığı üçün səhiyyə naziri Karl Lauterbaxdan qəzəbləndiyini bildirib. Berlində ginekoloji praktikası olan Peter Rott da vəziyyətin pisləşdiyini ifadə edib: “Xüsusən də maliyyə. Ona görə də küçələrə çıxmağa qərar verdik. Lauterbax özəl praktikası olan həkimlərin maraqları ilə o qədər də maraqlanmır”.

Həkimlərin yükünün çox ağır olduğunu ifadə edən Rott, həkimlərə edilən son maaş artımlarının inflyasiya nisbətinin altında olduğunu müdafiə edib.