Almaniyada iki türk işçini öldürən şəxs həbs edilibbackend

Almaniyada iki türk işçini öldürən şəxs həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada “Mercedes” şirkətinin fabrikinə silahlı basqın edərək türk işçilər Ayhan B. və Özkan K.-ni öldürən şübhəli həbs edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Silahlı atışma Ştutqart yaxınlığındakı Sindelfingendə yerləşən “Mercedes” fabrikində baş verin.

Ştutqart Prokurorluğunun tələbi ilə qətl törətməkdə günahlandırılan şübhəlinin barəsində həbs qərarı çıxarılıb və o, həbsxanaya göndərilib.

Bildirilib ki, şübhəli şəxs Ayhan B-ni vurduqdan sonra o, digər usta Özkan K-ya silahla atəş açıb.

Özkan K-nın hadisə yerində, Ayhan B-nin isə aparıldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib.