Almaniyada miqrantlara qarşı SƏRT TƏDBİR: Sosial yardımlar KƏSİLƏCƏKbackend

Almaniyada miqrantlara qarşı SƏRT TƏDBİR: Sosial yardımlar KƏSİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada deportasiyadan gizlənən miqrantların müavinətdən məhrum edilməsi təklif olunub.

İnterpress.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

Almaniyada deportasiya qərarından yayınaraq gizlənən miqrantların sosial müavinətlərdən məhrum edilməsi təklif olunub.

Xristian-Demokrat İttifaqının (XDT) eksperti Günter Krinqs bildirib ki, deportasiyadan gizlənən şəxslər sosial yardımdan dərhal məhrum edilməlidir.

Təklif Xristian-Sosial İttifaqının (XSİ) Bundestaqdakı liderlərindən Aleksander Hoffmann tərəfindən də dəstəklənib.

Məlumata görə, Almaniyada yalnız ilin ilk yarısında təxminən 9 min deportasiya baş tutmayıb.

Hazırda ölkədə 250 minə yaxın şəxsin Almaniyanı tərk etmək öhdəliyi var.

Xuraman Etibarlı

İnterpress.az