Almaniyada “Artgemeinschaft” adlı neonasist dərnəyinin fəaliyyətinin qadağan edildiyi bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, “Artgemeinschaft” dərnəyinin və ona tabe olan bütün birləşmələrin fəaliyyəti qadağan edilib.
Təxminən 150 üzvü ilə neonasist, irqçi, ksenofob və anti-demokratik bir birlik olduğu vurğulanan Artgemeinschaft-ın ölkədəki konstitusiya quruluşuna zidd olduğu bildirilib.
Açıqlamada bildirilib ki, dərnəyin fəaliyyətini qadağan edən qərardan sonra polis bu gün 12 ştatda 39 üzvünün qaldığı yerlərdə və dərnəyin evində axtarış aparıb.
Almaniyanın daxili işlər naziri Nensi Faeser, son dərəcə irqçi, antisemitizm və kult tipli bir dərnəyin fəaliyyətini qadağan etdiklərini bildirərək, bunun ifrat sağçı ekstremistlərə və hələ də Milli ideologiyanı yayan “zehni yandırıcılara” ağır zərbə olduğunu bildirib.
Bu ifrat sağçı qrupun iyrənc şəkildə uşaq və gənclərə öz fikirlərini aşılamaqla konstitusiya düşmənləri yetişdirməyə çalışdığını bildirən Faeser, ifrat sağın müxtəlif cərəyanlarını birləşdirən birliyin azad demokratik nizama təhlükə yaratdığını qeyd edib.