Dağlıq Altayın Təbiət Resursları Nazirliyi Turoçak rayonunda ayının turisti öldürməsindən sonra heyvanın ovlanması üçün əlavə lisenziyalar verib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a region hökumətinin mətbuat katibi Mixail Maksimov məlumat verib.
Sözügedən qərar Turoçak rayonunda yırtıcının insana hücum edərək ölümünə sebeb olmasından sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi çərçivəsində qəbul edilib.
Əlavə ov lisenziyalarının verilməsi yaşayış məntəqələri və turist zonasında təhlükə törədən ayının zərərsizləşdirilməsinə yönəlib.
Xuraman Etibarlı
İnterpress.az






