AMEA prezidenti: “Xoşbəxt Yusifzadə Xəzərdə 20-dən çox yatağın kəşf edilməsində böyük rol oynayıb”backend

AMEA prezidenti: “Xoşbəxt Yusifzadə Xəzərdə 20-dən çox yatağın kəşf edilməsində böyük rol oynayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xoşbəxt Yusifzadə Xəzər dənizinin Azərbaycan sektorunda 20-dən çox neft-qaz yataqlarının kəşf edilməsində böyük rol oynayıb.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimində bildirib.

Onun sözlərinə görə, Xoşbəxt Yusifzadə bu gün hər kəsin yaxşı tanıdığı “Azəri-Çıraq-Günəşli”, “Abşeron”, “Ümid” və digər neft-qaz yataqlarının kəşf edilməsində müstəsna xidmətlərə malikdir.

AMEA-nın prezidenti qeyd edib ki, X.Yusifzadənin Azərbaycan neft sənayesi ilə bərabər, neft sənayesi elminin inkişafında böyük əməyi var. O, X. Yusifzadənin aldığı elmi adları, əldə etdiyi böyük uğurlarından danışarkən deyib ki, akademik yeganə adamlardan biridir ki, sağlığında adına tanker inşa edilib, 112 saylı orta məktəb adını daşıyır.

İ. Həbibbəyli, X. Yusifzadəyə mərhum Ümummilli Lider Heydər Əliyev və dövlət başçısı İlham Əliyevin ona yüksək qiymət verdiyini bildirib.