Amerika Birləşmiş Ştatları Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edib.
İnterpress.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Şimali Koreyaya qarşı sanksiyalar siyahısını yeniləyib.
Yeni qərara əsasən, 6 fiziki şəxs və 2 təşkilat “qara siyahı”ya salınıb. Onların kiberəməliyyatlar və maliyyə cinayətləri ilə əlaqəli olduqları bildirilir.
Sanksiyalar həm fərdi şəxsləri, həm də kibertəhlükəsizliklə bağlı qurumları əhatə edir.
Xuraman Etibarlı
İnterpress.az






