Gürcüstanda analıq məzuniyyəti kompensasiyası 2500 lariyə qədər arta bilər.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, ölkə parlamentinin səhiyyə komitəsinin sədri Zaza Lominadze bu təşəbbüslə “Gürcüstanın 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirə olunduğu Sağlamlığın Mühafizəsi və Sosial Məsələlər Komitəsinin iclasında çıxış edib.
Onun sözlərinə görə, bu gün ölkəmiz üçün demoqrafiya əsas problemlədən biridir və yaxşı olardı ki, hökumət və parlament bu istiqamətdə müvafiq qərarlar qəbul etsin.
Sağlamlığın Mühafizəsi və Sosial Məsələlər Komitəsinin sədri Zaza Lominadzenin sözlərinə görə, büdcənin səhiyyə və sosial məsələlərə yönəldilməsi və onlara 7,8 milyard laridən çox vəsaitin yönəldilməsi vacibdir.
“Bu mərhələdə biz analıq məzuniyyəti üçün ödənişin 2500 lariyə qədər artırılması təklifi ilə gəlirik ki, ailələrə müəyyən stimullar verək, – Zaza Lominadze qeyd edib.
Komitə üzvləri büdcə layihəsini müsbət qiymətləndirsələr də, bəzi təkliflər, o cümlədən uşaqların məktəbdə qidalanması, ilkin səhiyyə xidmətinin gücləndirilməsi, xəstəliklərin diaqnostikası və profilaktikası, dərman preparatları proqramı və s.-dən də söhbət açıblar.