Ankara PKK-nın qurucusuna təşkilat yaraqlılarını silahlarını yerə qoymağa çağırmağa icazə verib.
İnterpress.az xəbər verir ki, bu barədə Amerikanın “Al-Monitor” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Türkiyə hakimiyyəti Türkiyə həbsxanasında olan kürd hərbi-siyasi təşkilatı PKK-nın qurucusu Abdulla Öcalana İraq Kürdüstanındakı döyüşçüləri ilə əlaqə saxlamağa və onları silahı yerə qoymağa çağırmağa icazə verib.
Onların fikrincə, Ankara Hizbullah və digər İran peyklərinin zəifləməsi fonunda İran SEPAH ilə PKK arasında saziş bağlamaqdan ehtiyatlanır.
Xatırladaq ki, Türkiyənin İmralı adasında ömürlük həbs cəzası çəkən Abdulla Öcalan 1999-cu ilin fevralında Nayrobi hava limanında terror fəaliyyətinə görə Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, siyasi sığınacaq almalı olduğu Hollandiyaya gedirdi.
Xuraman Etibarlı
İnterpress.az