“Antiplagiat” HESABATI: Tələbələr elmi işlərini süni intellektə yazdırırlarbackend

“Antiplagiat” HESABATI: Tələbələr elmi işlərini süni intellektə yazdırırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada hər üç tələbə işindən birində süni intellekt izləri aşkarlanıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada tələbə işlərinin yoxlanılması üçün istifadə olunan “Antiplagiat” sistemi hər üç tələbə işindən birində süni intellekt (AI) vasitəsilə yazılma əlamətləri aşkarlayıb.

Ümumilikdə 983 mindən çox tələbə işində süni intellektin generasiya etdiyi mətn izləri tapılıb. Ötən ilin müvafiq dövründə bu rəqəm 575,9 min təşkil edirdi.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ikinci rübündə hər beş tələbə işindən yalnız birində süni intellekt generasiyası tapılırdısa, bu il həmin göstərici kəskin şəkildə artıb.

Bu il tələbələrin yazılı tapşırıqlarda süni intellektdən ən çox istifadə etdiyi beş istiqamət müəyyən edilib. Bura “İncəsənətşünaslıq”, “KİV və kütləvi kommunikasiyalar”, “Kompüter və informasiya elmləri”, “Tibbi texnologiyalar” və “Politologiya” sahələri daxil olub.

Xuraman Etibarlı

İnterpress.аz