Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 19-20-da həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində şəhid olan 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.
Bu barədə “İnterpress.az”a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, antiterror tədbirlərində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi və mülki şəxs yaralanıb.