“Apple”a qarşı iddia: 500 milyon dollar təzminat ödəyəcəkbackend

“Apple”a qarşı iddia: 500 milyon dollar təzminat ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Apple” şirkəti “iPhone” smartfonlarının sürətini bilərəkdən yavaşlatdığı üçün ABŞ-da təzminat ödəməyə başlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

İddiaçılar təzminat üçün 500 milyon dollar pay alacaqlar.

“Apple” ın “iPhone” ları bilərəkdən yavaşlatdığı iddia edilib.

ABŞ-da bir çox istifadəçi zərərin ödənilməsi üçün şirkətə qarşı məhkəmə iddiası qaldırıb.

Apple özünü müdafiə edib ki, batareyalar yaşlandıqca onların performansı azalır.

Bu səbəbdən də “yavaşlatma” üsuluna əl atdıqlarını və bunun telefonların ömrünü uzatdığını iddia edib.

Məhkəmədən yayınmaq üçün o, endirimli qiymətə akkumulyator dəyişdirməyi təklif edib.

Lakin o, bu cəhdində də uğursuzluğa düçar olub.

O, 500 milyon dollar təzminat cəzasına məhkum edilib.

Böyük Britaniyada Apple oxşar məhkəmə ilə üzləşir.

2023-cü ilin noyabrında başlayan davada təqribən 2 milyard dollar təzminat tələb olunur.