Aptı Alaudinovdan QALMAQALLI AÇIQLAMA: İsrail dövlət kimi yox ola bilər – VİDEObackend

Aptı Alaudinovdan QALMAQALLI AÇIQLAMA: İsrail dövlət kimi yox ola bilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərq münaqişəsindən sonra İsrail bir dövlət kimi mövcud dayand;ra bilər.

İnterpress.az xəbər verir ki, bu fikri TASS-a Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, Müdafiə Nazirliyinin “Ahmat” xüsusi təyinatlılarının komandiri, general-leytenant Aptı Alaudinov bildirib.

“Biz dərk etməliyik ki, Yaxın Şərqdə müharibə yalnız vüsət alacaq. Düşünürəm ki, İsrailin tapşırığı da məhz bundan ibarətdir – bu müharibənin maksimum dərəcədə vüsət almasını təmin etmək, prosesə həm ABŞ-ni, həm də bütün NATO blokunu cəlb etməkdir.

Onlarda bu, yaxşı alınır. Son nəticədə onlar öz qüvvələrini həddindən artıq qiymətləndirəcək və bir dövlət kimi mövcudluğunu dayandıracaqlar”, – o qeyd edib.

Alaudinov həmçinin vurğulayıb ki, “başqasına quyu qazan özü düşər”.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmaları pozmaqda ittiham edərək ona qarşı genişmiqyaslı zərbələri bərpa edib.

Avqustun 2-də Tramp bəyan edib ki, İslam Respublikası ilə sazişə nail olmaq naminə İrana planlaşdırılan güclü zərbəni ləğv etməyə razılaşıb.

Onun sözlərinə görə, Tehran və ərəb paytaxtları tərəflərin gələcək sazişin konturlarını razılaşdırdığı üçün ABŞ-dən hücumdan çəkinməyi xahiş ediblər.

Xuraman Etibarlı

İnterpress.az