AQTA və Veysəloğlu rəhbərliyi istehlakçıların qida təhlükəsizliyini müzakirə edibbackend

AQTA və Veysəloğlu rəhbərliyi istehlakçıların qida təhlükəsizliyini müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi arasında istehlakçıların sağlamlığının və qida təhlükəsizliyinin qorunması istiqamətində tədbirlərin genişləndirilməsi barədə müzakirə aparılıb.

Aprelin 8-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbovun görüşü keçirilib.

Görüşdə ölkəmizdə istehlakçıların sağlam, keyfiyyətli, həmçinin, təhlükəsiz qida məhsulları ilə təmin olunması, habelə bu sahədə istehlakçı hüquqlarının qorunmasının vacibliyi vurğulanıb.

Aydın Talıbov Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bizneslərin fəaliyyətində müştəri məmnuniyyətinin və əhalinin sağlamlığının qorunmasının prioritet olduğunu, müvafiq sanitariya-gigiyena norma və qaydalarına ciddi əməl olunduğunu bildirib. O, bu istiqamətdə görülən işlərin ictimailəşdirilməsi istiqamətində yeni addımlar atılacağını vurğulayıb.

Şirkətlər Qrupunun rəhbəri qurum nümayəndələrinə istehlakçıların qida təhlükəsizliyinin təmin edilməsi, həmçinin ölkəyə idxal edilən bütün növ qida məhsullarının AQTA tərəfindən daim nəzarətdə saxlanılması, satışa uyğunluğunun rəsmi sənədlərlə təsdiqi prosesində birlikdə fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edib.

Sonda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən metodiki dəstəyin artırılması və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

26 ilə yaxındır topdan və pərakəndə, həmçinin yerli istehsal sahəsində ölkə iqtisadiyyatına qatqı verən Veysəloğlu Şirkətlər Qrupu əmək bazarında mühüm işə götürən müəssisələrdən biridir.

Hazırda Şirkətlər Qrupunda 17 minə yaxın əməkdaş fəaliyyət göstərir.

 

 

BÜNYAMİN ÇİNGİZOĞLU

İnterpress.az