Argentinanın mərkəzi hissəsindəki Kordoba şəhərində dağlıq ərazidə başlayan meşə yanğını yaşayış məntəqələrinə də keçib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, Punilla vadisində başlayan meşə yanğını şəhər mərkəzinə doğru irəliləyib və bəzi evlər boşaldılıb.
Yanğınsöndürənlərin sıx müdaxiləsinə baxmayaraq, əlverişsiz hava şəraiti səbəbindən yanğını hələlik nəzarət altına almaq mümkün olmayıb.
Ekologiya Nazirliyindən verilən məlumata görə, bölgəyə 8 yanğınsöndürmə təyyarəsi və bir helikopter göndərilib.
Ordu üzvlərinin də yanğınla mübarizəyə dəstək verdiyi və alovun şiddətindən asılı olaraq təxliyyə əməliyyatlarının sürətləndirilə biləcəyi qeyd edilib.
Sosial mediada yayımlanan görüntülərdə yanğının geniş ərazidə təsirli olduğu və sürətlə yaşayış məntəqələrinə doğru irəlilədiyi görünür.