ASAN Radionun baş redaktoru işdən çıxıbbackend

ASAN Radionun baş redaktoru işdən çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist İlkin Kərimov ASAN Radiodakı işindən çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə o özü bildirib.

“6 illik aparıcı, baş redaktor kimi fəaliyyətimdən sonra ASAN Radiodan getmək qərarı verdim. Bu illər ərzində öyrəndiklərim də oldu, öyrətdiklərim də. Xüsusilə ANS-də 10 illik televiziya fəaliyyətimdən sonra radio maraqlı təcrübə oldu. Hər kəsə təşəkkür və uğurlar!”, – İ.Kərimov deyib.

Qeyd edək ki, İ.Kərimov 2016-cı ildən ASAN Radioda çalışırdı.