Atlantika Şurası: ABŞ Cənubi Qafqaz ölkələrinə Rusiya və İrandan asılılığı azaltmağa kömək etməlidirbackend

Atlantika Şurası: ABŞ Cənubi Qafqaz ölkələrinə Rusiya və İrandan asılılığı azaltmağa kömək etməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Cənubi Qafqaz ölkələrinə Rusiya və İrandan asılılığı azaltmağa kömək etməlidir.

İnterpress.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “Atlantic Council” analitik mərkəzi yazıb.

ABŞ Cənubi Qafqaza müdaxilə edərək, regionun çoxqütblü qarşılıqlı fəaliyyət modelinə çevrilməsinə kömək etməklə yanaşı, İran və ya Rusiyanın təsir riskini azaltmalıdır.

Bu yanaşma hər üç Cənubi Qafqaz dövlətinin (Azərbaycan, Ermənistan, Gürcüstan) maraqlarına cavab verir ki, onların hər biri çətin qonşuluqda strateji çevikliyi qoruyub saxlamağa çalışır.

Müəllifin fikrincə, ABŞ siyasəti Cənubi Qafqaz ölkələrinin Rusiya və İrandan asılılığını azaldan və regional özünü təmin etməyə təşviq edən birgə təşəbbüsləri dəstəkləyə bilər.

Qeyd olunur ki, Cənubi Qafqazda sabitliyin təmin edilməsi ABŞ-nin maraqları, xüsusən də Mərkəzi Asiya ölkələrindəki maraqları üçün vacibdir.

Məqalədə vurğulanır ki, ABŞ və Aİ Mərkəzi Asiya ölkələrini enerji mənbələrinin və kritik mineralların tədarük zəncirinin şaxələndirilməsində tərəfdaşlar kimi görürlər.

Onların şaxələndirilməsi Şərq-Qərb dəhlizlərinin genişləndirilməsini tələb edəcək ki, bu da özlüyündə Cənubi Qafqaz ölkələri və Türkiyə ilə əməkdaşlığı tələb edəcək.

Xuraman Etibarlı

İnterpress.az