Xəbər verdiyimiz kimi, Fələstin tərəfdarları Berlində universitetin auditoriyasını ələ keçirib, ciddi maddi ziyan vurublar.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Bildirilir ki, Berlin Humbolt Universitetində Fələstinə dəstək aksiyası çərçivəsində böyük maddi ziyan dəyib. Polis 95 nəfəri saxlayıb.
Nümayişçilər böyük auditoriyanın divarlarını və avadanlıqlarını qraffitilərlə, o cümlədən “Çaydan dənizə Fələstin azad olacaq” kimi şüarlar, həmçinin “İntifada” hərəkatı ilə əlaqəli şəkillər və HƏMAS-la əlaqəli qırmızı üçbucaqlar çəkiblər.
Etirazçılar həmçinin skamyaları bağlayıcılarından qoparıb barrikadalara yığıblar, kabinetləri açıb və tədris materiallarını zədələyiblər.
Auditoriyanın bir neçə həftə, hətta aylarla yararsız olduğu təxmin edilir.
Universitetin prezidenti Yulia fon Blumentalın sözlərinə görə, vəziyyət dərhal reaksiya tələb edib.
“Biz, rəyasət heyəti olaraq, tez və yekdilliklə qərara gəldik ki, bu halda binaların təmizlənməsi yeganə düzgün yoldur”, – o deyib.
Asayişi qorumaq üçün hadisə yerinə 350-yə yaxın polis gəlib. Etirazçılar hüquq-mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq pirotexniki vasitələr ataraq polisə maye, ehtimal ki, sidik töküblər.
İşğalçılar nifrət salmaq və əmlaka ziyan vurmaqda təhqiq edilir.
Nümayişçilər bildiriblər ki, onların hərəkətləri qaçqınlarla və deportasiya əleyhinə olanlarla həmrəylik aktıdır.
Xuraman Etibarlı
İnterpress.az