Avropa Komissiyası ABŞ-yə səfər edən işçilərə birdəfəlik telefonlar verməyə BAŞLADI – FOTObackend

Avropa Komissiyası ABŞ-yə səfər edən işçilərə birdəfəlik telefonlar verməyə BAŞLADI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası casusluq qorxusu ilə ABŞ-yə səfər edən işçilərə birdəfəlik telefonlar verməyə başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Avropa Komissiyası casusluq qorxusu ilə ABŞ-yə səfər edən (məsələn, BVF və ya Dünya Bankının tədbirlərində iştirak etmək üçün) işçilərə birdəfəlik telefonlar verməyə başlayıb.

“Onlar (avropalılar) ABŞ-nin (Avropa) Komissiya sisteminə daxil olacağından narahatdırlar”, – mənbə nəşrə bildirib.

Əvvəllər belə tədbirlər avropalı məmurların Çinə işgüzar səfərləri zamanı həyata keçirilirdi.

FT qeyd edir ki, Brüsselin Vaşinqtona potensial təhlükəsizlik riski kimi yanaşması Donald Trampın Ağ Evə qayıtmasından sonra ABŞ-Aİ münasibətlərinin necə pisləşdiyini vurğulayır.

Xuraman Etibarlı

İnterpress.az