Avropa Şurasının baş katibi Alen Simonyanla Azərbaycanla sülhün bərqərar olmasını müzakirə edib
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
İyunun 11-12-də Ermənistanda olan Avropa Şurasının baş katibi Alen Berse Ermənistan parlamentinin sədri Alen Simonyanla bir sıra məsələləri müzakirə edib.
Bunlara Ermənistanda demokratik islahatların gedişi, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması, eləcə də regionda sabitlik daxildir.
Simonyan Bersenin diqqətini Azərbaycanda saxlanılan və itkin düşmüş şəxslər probleminə cəlb edib.
Xuraman Etibarlı
İnterpress.az