Avropada qazın qiyməti geosiyasi gərginliyə görə 12,5 faiz artıbbackend

Avropada qazın qiyməti geosiyasi gərginliyə görə 12,5 faiz artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və HƏMAS arasında münaqişələrin yaratdığı geosiyasi risklər və ABŞ-ın enerji şirkəti “Chevron”un İsrailin tələbi ilə Şərqi Aralıq dənizindəki Tamar qaz yatağında hasilatı dayandırması səbəbindən Avropada qaz qiymətləri günü 12,5 faiz artımla bağlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Avropada ən dərinliyə sahib Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsi olan TTF-də, noyabr ayı fyuçers müqavilələrində meqavat saat başına qazın qiyməti cümə günü 38,2 avro ilə bağlanıb.

İsrail və HƏMAS arasında toqquşmalardan sonra İsrail ABŞ-ın enerji şirkəti “Chevron”dan Şərqi Aralıq dənizindəki Tamar qaz yatağında hasilatı dayandırmağı tələb etdikdən sonra qazın qiyməti meqavat-saat üçün 44,5 avroya yüksəlib.

Qiymətlər günü meqavat-saat üçün 43 avro ilə bağladı ki, bu da cümə gününə nisbətən 12,5 faiz artıb.

Geosiyasi gərginlikdən sonra enerji təchizatı təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən qaz qiymətləri yüksələn tendensiyada idi.