Avropada sosial şəbəkələrə reklamsız girmək üçün abunə seçimi təklif olunacaqbackend

Avropada sosial şəbəkələrə reklamsız girmək üçün abunə seçimi təklif olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” və “Instagram”ın sahibi Meta Avropadakı istifadəçilərə bu sosial şəbəkələrə reklamsız girişi təmin etmək üçün aylıq abunə seçimi təklif ediləcəyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Meta tərəfindən edilən açıqlamada, Avropadakı tənzimləmələrə uyğunlaşmaq üçün Avropa İttifaqı (Aİ), Avropa İqtisadi Bölgəsi və İsveçrədə yeni abunə variantının təklif ediləcəyi bildirilib.

Açıqlamada bildirilib ki, noyabr ayında bu bölgələrdəki Facebook və ya Instagram istifadəçilərinə reklamlarla pulsuz olaraq fərdiləşdirilmiş xidmətlərdən istifadə etməyə davam etmək və ya reklamları bloklamaq üçün abunə olmaq imkanı veriləcək.

Açıqlamada istifadəçilərin abunə olduqları təqdirdə məlumatlarının reklam üçün istifadə edilməyəcəyi, abunə haqqının internet vasitəsilə ayda 9,99 avro, iOS və Android mobil əməliyyat sistemləri ilə isə ayda 12,99 avro olacağı bildirilib.
Almaniyada 3 məscidə irqçi təhdidlərin yer aldığı paketlər göndərilib

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin (NRW) Bochum, Castrop-Rauxel və Recklinghausen şəhərlərindəki 3 məscidə irqçi təhdidləri ehtiva edən paketlər göndərilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Diyanət İşləri Türk-İslam Birliyinə (DİTİB) bağlı məscidlərə göndərilən paketlərdə türk və alman dillərində irqçi təhdid və təhqirlər, yandırılmış Quran səhifələri, donuz əti və nəcis də olub.

Sözügedən bağlamalar poçtla 27 oktyabr cümə günü Castrop-Rauxel Mövlana məscidinə, 28 oktyabr şənbə günü Recklinghausen Mərkəzi Məscidinə və 30 oktyabr bazar ertəsi Bochum Mərkəzi Məscidinə göndərilib.

Paketləri göndərənlərə qarşı cinayət işi açılıb.

DİTİB Bochum Mərkəzi Məscidi Başçısı Adnan Akçay, DİTİB Recklinghausen Mərkəzi Məscidi Başçısı Hayri Yılmaz və DİTİB Castrop-Rauxel Mövlana Məscidi Başçısı Kubilay Çorbacı birgə bəyanatında baş vermiş hadisədən dərin kədərləndiklərini bildiriblər.

Məscidlərə edilən hücumların ən sərt şəkildə pisləndiyi bəyanatda bunlar qeyd edilib:

“Həmişə olduğu kimi, təxribatlara qarşı ləyaqətli və ağıllı mövqeyimizdən güzəştə getməyəcəyik. Bu iyrənc hücum bizi və qonşularımızı dərindən kədərləndirdi. Həm biz, həm də ictimaiyyətimiz narahatıq. Oxşar hücumların davam etməsi cəmiyyətdə ciddi narahatlıq yaradacaq. Hadisəni törədən və ya Hadisəni törədənlər tez bir zamanda tutulmalıdır. Onun məsuliyyətə cəlb olunmasını tələb edirik”.