Avropaya ÇAĞIRIŞ: Rusiyaya sanksiyalar qaldırılsın ki, sülh prosesinə qoşula biləkbackend

Avropaya ÇAĞIRIŞ: Rusiyaya sanksiyalar qaldırılsın ki, sülh prosesinə qoşula bilək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya sanksiyalar qaldırılsın ki, sülh prosesində söz sahibi ola bilək.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya siyasətçisi Sara Vagenknext bildirib.

Almaniyalı deputat Sara Vagenknext bəyan edib ki, Avropa Ukrayna ilə bağlı danışıqlarda real təsir gücünü qorumaq istəyirsə, Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları yenidən nəzərdən keçirməlidir.

Onun sözlərinə görə, enerji sahəsində Moskva ilə əməkdaşlığın bərpası Avropanın danışıqlardakı mövqeyini gücləndirə bilər.

Vagenknext bildirib ki, Avropa diplomatiyasının sülh prosesindən tam kənarda qalması artıq biabırçılıq səviyyəsinə çatıb.

O qeyd edib ki, ABŞ və Rusiyanın 28 bəndlik sülh planı ilə bağlı apardığı gizli danışıqlar barədə Avropa ölkələrinin xəbəri belə olmayıb.

Siyasətçinin fikrincə, Avropa prosesdən kənarda qaldıqca nə regional təhlükəsizliyin formalaşmasına, nə də Ukrayna məsələsinin həllinə təsir göstərə bilir.

Xuraman Etibarlı

İnterpress.az