Avstraliyada “mütəxəssis döyüş briqadaları” yaradılaraq hərbi hissə və texnika ölkənin şimalına köçürüləcək və orduda peşəkarlıq artırılacaq.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qoşunların yerləşdiyi yerlərlə yanaşı, texnikada da ediləcək mühüm dəyişikliklərin qeyd olunduğu bəyanatda ordunun “döyüş qabiliyyətinin və hazırlığının artırılması” üçün “geniş miqyaslı yenidənqurma” qərarının verildiyi bildirilib.
Müdafiə naziri Riçard Marles bildirib ki, dəyişikliklər “Hind-Sakit okean regionunda sülh, təhlükəsizlik və rifahın qorunması” üçün hazırlanmış Müdafiə Strateji İcmalının (DSR) tövsiyələrinə cavabdır.
Dəyişikliklərin “bəzi çətin qərarları” ehtiva etdiyinə diqqət çəkən Marles deyib ki, ancaq bu qərarlar Avstraliyanın ehtiyacı olan ordunu qurmaq üçün lazımdır.
Nazir qeyd edib ki, dəyişikliklərdən sonra ordunun “hərbi təlimlər, böyük təlimlər və ya regiondakı tərəfdaş və müttəfiqləri dəstəkləmək üçün” yerləşdirilməsi daha asan olacaq.