Aydın Kərimov: “Bir neçə ilə Şuşada küçə infrastrukturu tam hazır olacaq”backend

Aydın Kərimov: “Bir neçə ilə Şuşada küçə infrastrukturu tam hazır olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti bir neçə il ərzində Şuşa şəhərində bütün küçələrdə infrastruktur tam hazır olacaq.

“İnterpress.az” xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.

“Şuşada dayanıqlı enerji təchizatı, su təchizatı, istixanalarla təmin olunma yönündə işlər aparılıb. Bütün küçələrdə yeraltı suların çıxarılması, qaz kəmərlərinin çəkilməsi, yeraltı elektrik kabellərinin uzadılması işləri həyata keçirmişik”, – deyə o qeyd edib.