İrkutsk vilayətində ayı evin qapısını döyüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İrkutsk vilayətinin Ust-İlimsk şəhərinin kənarındakı bağçılıq massivlərindən birinə ayı daxil olub.
Heyvan arxa ayaqları üzərində qalxaraq evin qapısını bir neçə dəfə güclü şəkildə döyüb.
Qapı açılmadıqda ayı ərazidən uzaqlaşıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Xuraman Etibarlı
İnterpress.az






