İnterpress.az-ın dünənki məlum yazısından sonra özünü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin yaxın adamı kimi qələmə verən Ramin Əliyev əl-ayağa düşüb.
Belə ki, özünü “Tarqovıda mənəm, Bağdadda kor xəlifə” timsalında aparan Ramin Əliyev ondan şikayətçi olanları ələ almağa, yalvarmağa başlayıb.
Qanunsuz əməllərini ört-basdır edə bilməyəcəyini görən AYNA-nın “qoçu”su hətta insanlara hədə-qorxu gəlməyə başlayıb. Onları “şirin dillə” şikayət etməkdən çəkindirməyə çalışan Ramin Əliyev bunun alınmadığını görüncə, təhdidə keçib.
AYNA-nın vəziyyətdən xəbəri ola-ola tədbir görməməsi, işçisinin həddini aşması ona verilən “səlahiyyət”in nəticəsidir. Qanunlara məhəl qoymayan, onları heçə sayan qoçularla, reketlərlə isə yəqin ki, artıq hüquq-mühafizə orqanları məşğul olmalı olacaq.
AYNA rəhbərliyi məsələni aydınlaşdırıb “bələdçi”sini dayandırmasa, yəqin ki, bu xəmir çox su aparacaq.
İnterpress.az