8 il axtarışda olan FETÖ-nün əsas üzvü Türkiyədə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. FETÖ hərəkatının əsas üzvü, keçmiş hakim Mustafa Karatay Türkiyənin kəşfiyyat idarəsi MİT ilə Ankara polisinin terrorla mübarizə idarəsinin birgə keçirdiyi əməliyyat zamanı Ankarada saxlanılıb.
Onun bu hərəkata üzv olduğu üçün 8 il axtarışda olduğu qeyd edilir.
Katarayın gizləndiyi mənzildə axtarış zamanı FETÖ-nün yüksək rəhbərliyi ilə əlaqə saxlamaq üçün istifadə edilən noutbuk, planşet, telefon və digər rəqəmsal materiallar ələ keçirilib.
2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdini təşkil edən Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ hərəkatı Körfəz ölkələri, Pakistan və Türkiyənin özündə terror təşkilatı kimi tanınır.
Xuraman Etibarlı
İnterpress.az