BMT-nin baş katibi İranın İsrailə hücumunu pisləyib.
İnterpress.az xəbər verir ki, bu bəyanat İsrail Xarici İşlər Nazirliyinin baş katibi persona non-qrata elan etməsindən sonra verilib. BMT-nin baş katibi Antonio Quterreş İranın İsrailə qarşı hücumlarını pisləyib.
BMT-nin baş katibi Quterreş İranın İsrailə hücumunu pisləyib və bildirib ki, bu cür hərəkətlər fələstinlilərin əziyyətini azaltmır.
Çərşənbə günü günortadan sonra İsrail BMT-nin baş katibini persona non qrata elan edib və ölkəyə girişini qadağan edib.
İsrail Xarici İşlər Nazirliyi İranın “İsrailə qarşı iyrənc hücumunu” pisləməməsindən narazı qalıb.
Xuraman Etibarlı
İnterpress.az