HƏMAS-ın Qəzza zolağındakı “hökumət başçısı” və təşkilatın Siyasi Bürosunun digər üzvləri məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail Ordusu və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) HƏMAS-ın yüksək rütbəli üzvlərinin ləğv olunduğunu elan edib.
Qeyd olunur ki, birgə əməliyyat zamanı Qəzza zolağının şimalında HƏMAS-ın nəzarət və komandanlıq mərkəzi kimi xidmət edən yeraltı kompleksə hədəfli hava zərbəsi endirilib. Nəticədə aşağıdakılar öldürülüb:
Qəzza zolağında HƏMAS-ın “keçmiş maliyyə naziri” və “hökumət başçısı” Ravi Muştaha;
Təşkilatın Siyasi Büro və Əmək Komitəsində “təhlükəsizlik naziri” Sameh əs-Sirac;
HƏMAS-ın ümumi təhlükəsizlik mexanizminin komandiri Sami Ude.
Müştaha bu sektorda təşkilatın Siyasi Bürosunun ən yüksək səviyyəli üzvü hesab olunurdu və müharibə başlayandan bəri HƏMAS üzərində mülki nəzarəti saxlayırdı.
O, Sinuarla birlikdə təşkilatın “Ümumi Təhlükəsizlik Mexanizmi”ni yaradıb.
Xuraman Etibarlı
İnterpress.az