Lukaşenkonun helikopteri səmada olduğu bir vaxtda üç “Şahed” Belarus ərazisinə uçub.
İnterpress.az xəbər verir ki, bu barədə “Belarusski Qayun” məlumat yayıb. Nəşrin sözlərinə görə, saat 12:55 radələrində pilotsuz təyyarələr Çerniqov vilayətindən ölkənin hava məkanına daxil olub.
Onlardan ikisinin Novaya Quta bölgəsində uçaraq Qomelə, digərinin isə Loyev bölgəsinə enərək Xoyniki istiqamətində hərəkət etdiyi məlum olub.
Resursun məlumatına görə, Lukaşenkonun helikopteri “Ozernı” iqamətgahından cənub istiqamətində, şərti olaraq, Mikaşeviçiyə doğru hərəkət edir.
Helikopterdən hücumun haradan hazırlandığı məlum olacaq.
Xuraman Etibarlı
İnterpress.az