8 saat ərzində 6 plastik əməliyyat keçirən qadın ÖLDÜ – FOTObackend

8 saat ərzində 6 plastik əməliyyat keçirən qadın ÖLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın 8 saat ərzində 6 əməliyyat keçirdikdən sonra ölüb.

İnterpress.az xəbər verir ki, 24 yaşlı Braziliya sakini Vivian Lira Monte vaxta qənaət etmək və bir anda bədəninin hər yerindən yağ çıxarmaq qərarına gəlib.

Braziliya sakini Vivian Lira Monte sosial şəbəkələrdə cərrah tapıb, onunla eyni anda 6 əməliyyat keçirməyə razılaşıb. 8 saat ərzində o, döş kiçiltmə və qarın, qollar, kürəyi və çənəsinin liposaksiyası əməliyyatı keçirib.

Daha sonra o, ombalarına həcm vermək üçün yağ vurdurub. Əməliyyatdan sonra qadın qarın boşluğunda iltihabla xəstəxanaya yerləşdirilib.

Vivian Lira Monte 22 gün reanimasiyada yatsa da, həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Braziliya polisi təhlükəli əməliyyat keçirməyə razılıq verən plastik cərraha qarşı cinayət işi açıb və istintaqa başlayıb.

“O, əməliyyatdan sonra qan qusdu və vəziyyəti stabilləşmədi. Xəstəxanaya yerləşdiriləndə nəfəs ala bilmirdi. Gözümüzün qabağında can verirdi.

22 gün əzab-əziyyətlə, heç bir şad xəbərsiz yaşadıq. O, hər gün bizimlə zəif səslə və çətinliklə nəfəs alaraq danışırdı. Öləcəyini bilirdi”, – mərhumun əri deyib.

Xuraman Etibarlı

İnterpress.a