Ermənistanın suveren ərazisinin bir millimetri belə heç kimə verilməyib, əksinə – Nikol Paşinyan
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin tribunasından bildirib.
O deyib ki, Ermənistanın suveren ərazisinin bir millimetri belə heç kimə təslim edilməyib.
“Əksinə, nəinki Ermənistanın ərazi bütövlüyünə heç bir ziyan dəyməyib, həm də Ermənistanın ərazi bütövlüyünün təməl daşı müəyyən edilib”, – Paşinyan vurğulayıb.
“Ermənistan” fraksiyasının üzvü Artsvik Minasyanın müxalifət deputatlarına sülh müqaviləsi layihəsi ilə tanış olmaq niyə qadağandır sualına Nikol Paşinyan belə cavab verib:
“Mən şəxsi qərarımla sizə bu sənədlərlə tanış olmaq imkanı verdim. Siz tanış oldunuz, sonra sosial şəbəkələrdə mütləq reallıqla heç bir əlaqəsi olmayan yazılar yerləşdirdiniz, onları siyasi məqsədləriniz üçün manipulyasiya etdiniz.
Siz gedin mətni oxuyun, sonra gəlin nağıllar danışın, biz də səssizcə izləməliyik, həə?”.
Xuraman Etibarlı
İnterpress.az