Livanda İsrail bayrağını yandırılması baş tutsa da, uğursuzluqla nəticələnib.
İnterpress.az xəbər verir ki, bununla bağlı görüntülər internetdə yayılıb. Videoda Livanda bir qrup fələstinlinin aksiya keçirdiyi görünür.
Fələstinlilərdən biri yenidən İsrail bayrağını yandırmağa cəhd edib və onun bu cəhdi özünə baha başa gəlib.
Belə ki, dünən İsrail bayraqlarının yanmamasından sonra fələstinlilər yanar materialdan olan İsrail bayrağı tapıblar və aksiyada yandırıblar.
Yayılan kadrlarda alovla örtülmüş kətanın bir hissəsinin qoparaq birbaşa kişinin üzərinə düşərək şalvarının alov almasına səbəb olduğu görünür.
Videoya verilən şərhlərdə bu nəticə “ani karma” adlandırılıb.
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı
İnterpress.az