Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti sınağına çıxacaqbackend

Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti sınağına çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxacaq.

İnterpress.az xəbər verir ki, idmançı bacarığını 400 metr məsafədə göstərəcək.

Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayacaq. Final mərhələsi isə sentyabrın 7-də keçiriləcək.

Bu gün daha bir Azərbaycan paraüzgüçüsü medal qazanmağa çalışacaq. Vəli İsrafilov (SB13) 100 metr məsafəyə brass üsulu ilə yarışacaq. 16 üzgüçü arasında ən yaxşı 8 nəfər finala adlayacaq. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə 11:30-da, final mərhələsi isə 19:30-da başlayacaq.