Bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində azad edilmiş ərazilərdə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə bu saata olan seçici fəallığı aşağıdakı kimidir:
118 saylı Ağdam-Xocalı – 25,85 %
119 saylı Ağdam – 26,33%
120 saylı Cəbrayıl-Qubadlı -27,28 %
121 saylı Laçın – 23,85%
122 saylı Xankəndi – 32,6
123 saylı Kəlbəcər – 25,7 %
124 saylı Şuşa-Ağdam-Xocavənd -25,74 %
125 saylı Zəngilan-Qubadlı – 28,02 %
Qeyd edək ki, saat 12:00-a qədər respublika üzrə 1309522 nəfər səs verib, seçici fəallığı 20,39 faiz olub.