Azad Əsgərov ermənilərlə qarşılaşmalarından danışdı – VİDEObackend

Azad Əsgərov ermənilərlə qarşılaşmalarından danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi məlumata əsasən , Azad Əsgərov, vaxtilə güləşlə məşğul olub və bir neçə dəfə erməni idmançılarla qarşılaşıb:

“1987-ci ildə – 16 yaşımda klassik güləş üzrə yeniyetmələrin SSRİ çempionatının finalında erməni idmançısı ilə qarşılaşmışam. Onu 15:4 hesabı ilə məğlub etmişdim. Bundan bir il sonra Qubadlıda sərbəst güləş üzrə Azərbaycan çempionu oldum.

O vaxt yunan-Roma güləşçiləri sərbəst güləş yarışlarında iştirak edə bilirdi. Bu yarışdan sonra Volqoqrada getdim. Orada da erməni idmançısını məğlub etdim. Nə məsələdirsə, o vaxtlar ermənilərlə tez-tez üz-üzə gəlirdim”.

Sonda Azad Əsgərovun Aqon Akopyanla qaydasız döyüşdə qazandığı qələbəni diqqətinizə çatdırırıq:

Qeyd edək ki, Azad Əsgərov MMA-da, rəsmi statistikaya görə, 26 döyüş keçirib. O, bunlardan 17-də qalib gəlib, iki görüşdə heç-heçə qeydə alınıb.

 

İnterpress.az