Azərbaycan Hava Yollarına məxsus “Airbus A340” təyyarəsi İstanbul-Bakı reysini həyata keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə Axar.az-a Azərbaycan Hava Yolları QSC-nin mətbuat katibi Paşa Kəsəmənski bildirib.
Onun sözlərinə görə, İstanbul-Bakı marşrutu üzrə uçan təyyarə gecə saat 01:05-də Bakı aeroportuna eniş edib.
Qeyd edək ki, Azərbaycan Hava Yolları QSC-nin Bakı-İstanbul marşrutu üzrə təxirə salınmış 3 reysinin sərnişinləri ötən gün ən böyük füzelyajlı təyyarə olan “Airbus A340” ilə yola salınmışdı. Elə həmin təyyarə ilə də İstanbulda 3 gündür güclü qar yağması səbəbindən təxirə salınan reyslərin Azərbaycana uçan sərnişinlərinin Bakıya çatdırılacağı bildirilmişdi.