Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında “yaşıl enerji”nin müxtəlif ixrac marşrutları istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunub.
Bu barədə İnterpress.az-a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (AREA) məlumat verilib.
Bildirilib ki, AREA-nın direktoru Cavid Abdullayev Dünya Bankı qrupunun üzvü IFC-nin nümayəndələri ilə görüşüb.
Görüşdə həmçinin ölkəmizdə bərpa olunan enerji layihələri, dənizdə külək enerjisi, hidrogenin də müxtəlif ixrac marşrutları istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunub.