Azərbaycan narı Almaniya mağazalarında – 6 manata satılır – FOTObackend

Azərbaycan narı Almaniya mağazalarında – 6 manata satılır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın ərzaq, meyvə-tərəvəz bazarlarında Azərbaycan narı satışa çıxarılıb.

Bu ölkədə yaşayan azərbaycanlıların İnterpress.az-a verdiyi açıqlamaya görə, ölkəmizdən ixrac olunan narın bir kiloqramı müştərilərə 3 avro-ya təklif edilir.

Nar müştərinin seçiminə uyğun olaraq, həm kq-la, həm də ədədlə satılır.

Məlumata görə, bu ölkədə Azərbaycan narına böyük tələbat yaranıb.

Qeyd edək ki, koronavirus pandemiyası xarici bazarlarda Azərbaycan narına tələbatı artırıb. Çünki narın tərkibində koronavirusa qarşı yüksək antioksidant var. Azərbaycan narı dünyanın bir çox ölkələrinə ixrac olunur. Son illər ölkəmizdən Avropa bazarlarına daha geniş həcmdə nar ixrac olunub.

Xatırladaq ki, Azərbaycanda yetişdirilən nar sortları dünyada birinci yerdədir.

Azərbaycan narı