Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müraciəti əsasında tibbi yardıma ehtiyacı olan erməni sakinlərin Ermənistana təxliyəsi üçün zəruri imkanlar yaradılır.
“İnterpress.az” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyası məlumat yayıb.
BQXK tərəfindən Ağdam-Əsgəran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq, dərman preparatları və uşaq qidasından ibarət yüklərin aparılmasına, təşkilatın Bakı və Cenevrə ofislərindən Xankəndidə olan alt-ofisinə əlavə heyətin ezam olunmasına şərait yaradılır.