Azərbaycan səfiri: “Törətdiyi əməllərə rəğmən, Ermənistanla sülhə və yeni başlanğıca hazırıq”backend

Azərbaycan səfiri: “Törətdiyi əməllərə rəğmən, Ermənistanla sülhə və yeni başlanğıca hazırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Törətdiyi əməllərə rəğmən, biz Ermənistanla sülhə və yeni başlanğıca hazırıq”.

“İnterpress.az” xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “X” hesabında yazıb.

O, ermənilərin bu günədək Azərbaycan xalqına qarşı çoxlu sayda cinayətlər törətdiklərini qeyd edib.

“Azərbaycan xalqı torpaqlarımızda Ermənistanın soyqırımı törətməsindən, 1990-cı illərin əvvəllərində 1 milyon azərbaycanlının məcburi köçkünə çevrilməsindən, 30 illik vəhşi və barbarca işğala, 2020-ci ildə Ermənistanın dinc əhaliyə yönəlmiş ölümcül hücumlara qədər böyük əzab-əziyyətə qatlaşıb”, – diplomat vurğulayıb.

N.Ağayev əlavə edib ki, bütün bunlara rəğmən sülh və birgəyaşayış mümkündür:

“Bununla belə, biz Ermənistanla sülhə və yeni başlanğıca hazırıq. Biz istəyirik ki, etnik ermənilər Qarabağda sülh şəraitində yaşasınlar və Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi bütün hüquqlarından istifadə etsinlər. Sülh mümkündür, birgəyaşayış mümkündür”.