Azərbaycan səfirliyi Türkiyəni milli bayramı münasibətilə təbrik edibbackend

Azərbaycan səfirliyi Türkiyəni milli bayramı münasibətilə təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəni 19 May-Atatürkü anma, Gənclər və İdman Günü münasibətilə təbrik edib.

İnterpress.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviter hesabında paylaşım edilib.

“Qardaş Türkiyəni 19 May-Gənclər və İdman Bayramı münasibətilə təbrik edirik. Başda Qazi Mustafa Kamal Atatürk olmaqla Milli Mübarizə qəhrəmanlarını hörmət və ehtiramla anırıq”, – paylaşımda bildirilib.