“Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı Əfqanıstanda da davam etdiriləcək” – Deputatbackend

“Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı Əfqanıstanda da davam etdiriləcək” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AzərbaycanƏfqanıstanda sülhün yaranmasını təmin edə bilər”.

İnterpress.az xəbər verir ki, bu sözləri Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərini dəyərləndirən deputat Sahib Alıyev deyib.

Deputata görə, Azərbaycanın hazırda yürütdüyü siyasət gələcəkdə Əfqanıstandakı vəziyyətin normallaşmasında da müsbət rol oynaya bilər:

“İyulun 12-də Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycanın dövlət başçısı Cənab İlham Əliyevə zəngi rəsmi Bakının təsirinin artıq Qafqazın sərhədlərini aşdığını göstərən yeni geosiyasi reallıqdan xəbər verir. Tacikistan Prezidenti ölkəsinin “Əfqanıstanla həmsərhəd əyalətlərində yaranan həyəcanlı vəziyyət”lə bağlı cənab İlham Əliyevə ətraflı bilgi verirsə, demək, Azərbaycanın oradakı proseslərə təsir imkanlarının olduğu düşüncəsindədir və dəstəyimizə ehtiyac duyur. Savaşın ilk günündən Tacikistan, Türkiyə və Pakistan Azərbaycana dəstəklərindən bəhs edilirdi. Amma çox ehtimal ki, məhz bu üç dövlətin adının çəkilməsi həm də formalaşmaqda olan yeni geosiyasi konfiqurasiyada Azərbaycanın üçlüklə birgə hərəkət planlarının olduğunu göstərir. Son zamanlar Türkiyə və Pakistanla hərbi-siyasi əməkdaşlıq müstəvisində aparılan intensiv danışıqlar da bunu təsdiqləyir.

Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı təkcə Qafqazla məhdudlaşmayıb, Xəzərin o tayında, ilk növbədə də Əfqanıstanda da davam etdiriləcək. Azərbaycanın gələcəkdə Əfqanıstandakı qızılbaşlar və xəzərilərlə daha sıx işləmək perspektivi yaranıb ki, bu, qardaş ölkədəki vəziyyətin normallaşmasında müsbət rol oynaya bilər. Qeyd edim ki, qızılbaşlar azərbaycanlılardırlar, əsasən strateji əhəmiyyət daşıyan şəhərlərdə – paytaxt Kabildə, Qəznidə və Qəndaharda yaşayırlar. Bu toplumun üzərində İranın təsirinin olması isə nə Qərbdə, nə də Əfqanıstana qonşu ölkələr üçün arzuediləndir. Hətta Tacikistan belə Əfqanıstana yanaşmada birgə əməkdaşlıqda İrandana deyil, qardaş Türkiyəyə üstünlük verir.
Bir sözlə, Azərbaycan qızılbaşlar və xəzərilərlə fəal işləməklə bizə dost olan bir dövlətdə sülhün yaranmasını təmin edə bilərlər”.

Gülşən

İnterpress.az