Azərbaycan və Türkiyənin Mərkəzi Bankları razılığa gəlibbackend

Azərbaycan və Türkiyənin Mərkəzi Bankları razılığa gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Türkiyə Respublikasının Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Mərkəzi Bankdan verilən məlumata əsasən, memorandumun məqsədi hər iki ölkənin mərkəzi bankçılıq sahəsində əlaqələrinin dərinləşdirilməsindən, məlumat mübadiləsi və əməkdaşlığın gücləndirilməsindən ibarətdir.

İmzalanmış Memoranduma əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı və Türkiyə Respublikasının Mərkəzi Bankı arasında mərkəzi bankçılığın müxtəlif istiqamətlərində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur. Eyni zamanda Memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, eləcə də mərkəzi bankçılıq məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq.

Qeyd edilib ki, imzalanmış bu Memorandum iki qardaş ölkənin bütün istiqamətlərdə olduğu kimi, mərkəzi bankları arasında da əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək. Həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin bank sisteminin inkişafına öz töhfəsini verəcək.

 

İnterpress.az