Azərbaycanda bayram namazı qılınıbbackend

Azərbaycanda bayram namazı qılınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın bölgələrində və Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb.

İnterpress.az-ın xəbərinə görə, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb.

Qeyd edək ki, bayram namazı Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.